JURIS TRADE logo JURIS TRADE
← Ana səhifə

Panellər

Yüksək istilik və səs izolyasiyası təmin edən, quraşdırılması asan olan dam və divar sendviç panelləri. PUR/PIR və Daş yun dolğulu variantlar.

Yüksək İzolyasiya

Mükəmməl istilik və səs izolyasiyası — enerji xərclərini azaldır

Tez Quraşdırma

Modulyar sistem sayəsində tikinti müddəti qısalır

Yanğın Təhlükəsizliyi

Daş yun panellər ən yüksək yanğın müqaviməti standartlarına cavab verir

Yerli İstehsal

Azərbaycanda istehsal — tez tədarük və rəqabətli qiymət

Dam Panelləri

Müxtəlif maililik dərəcələri üçün uyğunlaşdırılmış beşdalğalı sendviç panellər. Yan tərəfdən birləşdirmə imkanı ilə sürətli quraşdırma.

N5 Dam Paneli (PUR/PIR)

N5 Dam Paneli (PUR/PIR)

7% maililiyə malik damlarda istifadə üçün uyğun, yan tərəfdən birləşdirilən beşdalğalı sandviç panel. Beşdalğalı forma geniş aralıqlardan təhlükəsiz keçməyə imkan verir. Poliuretan və Poli-izosianid dolğu ilə yüksək istilik izolyasiyası.

Faydalı en 1000 mm
Qalınlıqlar 40 - 100 mm
Xarici lövhə Boyanmış sinklənmiş polad / alüminium
Dolğu materialı Poliuretan (PUR) / Poli-izosianid (PIR)
Daxili lövhə Boyanmış sinklənmiş polad / alüminium
İstehsal yeri Azərbaycan
N5T Dam Paneli (Mineral yun)

N5T Dam Paneli (Mineral yun)

10% maililiyə malik damlar üçün beşdalğalı panel. Daş yun (mineral yun) dolğu yanğına qarşı maksimal müqavimət və yüksək akustik izolyasiya təmin edir. Yüksək yanğın riski olan strukturlarda və maksimum yanğın müqaviməti tələb olunan binalarda təhlükəsiz istifadə olunur.

Faydalı en 1000 mm
Qalınlıqlar 50 - 100 mm
Xarici lövhə Boyanmış sinklənmiş polad
Dolğu materialı Mineral yun (Daş yun)
Daxili lövhə Boyanmış sinklənmiş polad
İstehsal yeri Azərbaycan

Divar Panelləri

Gizli birləşdiricili divar panelləri — həm üfüqi, həm də şaquli istifadə olunur. Mikropreslənmiş forma estetik görünüş yaradır.

W Divar Paneli (PUR/PIR)

W Divar Paneli (PUR/PIR)

Birləşdirici elementləri gizləyən sistemə malik divar paneli. Həm yan tərəfdən, həm də şaquli şəkildə istifadə oluna bilir — dizaynerlər üçün sürətli quraşdırma imkanı. Estetik görünüş üçün mikropreslənmiş formada istehsal olunur.

Faydalı en 1000 mm
Qalınlıqlar 40 - 100 mm
Xarici lövhə Boyanmış sinklənmiş polad / alüminium
Dolğu materialı Poliuretan (PUR) / Poli-izosianid (PIR)
Daxili lövhə Boyanmış sinklənmiş polad / alüminium
İstehsal yeri Azərbaycan
WT Divar Paneli (Mineral yun)

WT Divar Paneli (Mineral yun)

Daş yun dolğulu divar paneli. Birləşdirici elementləri gizləyən sistemlə yan tərəfdən və ya şaquli istifadə. Mikropreslənmiş formada estetik görünüş. Yanğına qarşı maksimal müqavimət göstəricisi.

Faydalı en 1000 mm
Qalınlıqlar 50 - 100 mm
Xarici lövhə Boyanmış sinklənmiş polad
Dolğu materialı Mineral yun (Daş yun)
Daxili lövhə Boyanmış sinklənmiş polad
İstehsal yeri Azərbaycan

Digər Panel Növləri

Polikarbonat lövhələr və klassik sendviç paneller — xüsusi layihə tələbləri üçün alternativ həllər.

Novlu Polikarbonat Lövhə

Novlu Polikarbonat Lövhə

Zərbə müqaviməti ilə yanaşı şəffaflığın da əhəmiyyətli olduğu yerlərdə yüksək məhsuldarlıq təmin edir. Polikarbonat lövhənin daxilində ayırıcı divarlar arasındakı boşluqda qalan hava istilik izolyasiyası təmin edir.

İstifadə sahəsi Dam, cəbhə, örtüklər
Xüsusiyyət Şəffaf, istilik izolyasiyalı
Klassik Sendviç Panel

Klassik Sendviç Panel

İki tərəfdən metal lövhələr, arasında PUR yapışqanı ilə yapışdırılan penoplast (penopolistirol) dolğu. İstilik izolyasiya, yanğına davamlılıq və su keçirməzlik məqsədləri ilə istifadə olunur.

Struktur Polad lövhə + Penoplast + Polad lövhə
Yapışdırıcı PUR yapışqan
Növləri Divar və dam panelləri

Hansı dolğu növünü seçim?

Layihənizin tələblərinə uyğun olaraq iki əsas dolğu variantı təklif edirik

PUR / PIR Dolğu

Poliuretan və Poli-izosianid dolğulu panellər

  • Yüksək istilik izolyasiyası
  • Yüngül çəkidə
  • Ümumi məqsədli istifadə
  • Rəqabətli qiymət
  • Qalınlıq: 40-100 mm

Daş Yun (Mineral Yun) Dolğu

Yüksək təhlükəsizlik tələb olunan layihələr üçün

  • Maksimum yanğın müqaviməti
  • Yüksək akustik izolyasiya
  • Sənaye obyektləri üçün ideal
  • Daha ağır, daha dayanıqlı
  • Qalınlıq: 50-100 mm

Layihənizə uyğun panel seçin

Qalınlıq, dolğu növü və digər texniki detalların seçilməsində peşəkar komandamız sizə kömək edəcək.